Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti - "Buta Airways"in fəaliyyətə başlaması ilə əlaqədar olaraq oktyabrın sonundan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) tariflərində bir sıra dəyişikliklər olacaq.
AZAL-dan verilən məlumata görə, "AZALJET" aşağıbüdcəli brendi tamamilə ləğv olunur və baqajın daşınmasını nəzərdə tutmayan xüsusi endirimli tariflər də daxil olmaqla yeni tariflər tətbiq ediləcək.
Digər tariflər də mövcud olacaq ki, onlar barədə oktyabrın sonuna yaxın elan veriləcək. Qeyd edək ki, AZAL-ın bütün yeni tariflərinə əl yükü (10 kq) və təyyarə göyərtəsində tam çeşidli qidalanma (seçiminizə uyğun isti yemək, desertlər, salatlar, soyuq və isti içkilərin bütün növləri) daxil olacaq.
Mənbə: Report.az