AZAL-dan aviabiletlərə endirim | Banco.az

AZAL-dan aviabiletlərə endirim

"Azərbaycan Hava Yolları" (AZAL) “Payız endirimləri” çərçivəsində aviabiletlərə endirim kampaniyası elan edir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 2019-cu il 23-31 oktyabr tarixləri aralığında aviabiletlərin uçuşdan 72 saat öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq (qiymətlər Bakıya və geri istiqamətdə gediş-dönüş olmaqla göstərilmişdir):

 

Küveyt – 159 avro

Antalya – 169 avro

İstanbul – 179 avro

Dubay – 179 avro

Almatı – 189 avro

Ankara – 189 avro

Tel-Əviv – 229 avro

Berlin – 269 avro

Milan – 289 avro

Ən sərfəli kredit üçün müraciət et

Paris – 299 avro

Ciddə – 309 avro

London – 389 avro

Nyu-York – 439 avro

 

Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilmişdir.

Aviabiletlərin dəyərinə 23 kq-dək baqajın, həmçinin 10 kq-dək əl yükünün (55*40*23 sm-dək ölçüdə) daşınması daxildir.

Endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur.

Uçuşlar 2019-cu il 1 noyabr - 7 dekabr tarixləri aralığında həyata keçiriləcək. Endirimlə əldə olunmuş biletlər geri qaytarılmır və dəyişdirilmir.

Aviabiletləri AZAL-ın saytından, kassalarından və şirkətin rəsmi agentliklərində əldə etmək olar.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et