AZAL Batumiyə sərnişinləri yalnız bazar günləri daşıyacaq | Banco.az

AZAL Batumiyə sərnişinləri yalnız bazar günləri daşıyacaq

Gürcüstanın Mülki Aviasiya Agentliyi 2019-2020-ci il üçün qış uçuş cədvəlini təsdiqləyib.

Cədvəl oktyabrın 27-dən qüvvəyə minib.

2020-ci ilin martın 28-dək davam edəcək cədvəl çərçivəsində qonşu ölkənin beynəlxalq hava limanlarında 340 müntəzəm reys həyat a keçiriləcək.

Qış uçuş cədvəlinə əsasən, “Azərbaycan Hava Yolları” QSC (AZAL) həftə ərzində hər gün Tbilisi - Bakı və Bakı -Tbilisi reyslərini yerinə yetirəcək. Bakıdan Tbilisiyə uçuşlar Tbilisi vaxtı ilə saat 09:30 və 21:45, Tbilisidən Bakıya isə saat 11:50 və 23:55-də həyata keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

AZAL Bakı-Batumi və Batumi-Bakı istiqamətləri üzrə sərnişinləri isə həftənin yalnız bazar günləri daşıyacaq. Bakıdan Batumiyə uçuş Tbilisi vaxtı ilə saat 12:35, əks istimaqətə uçuş isə saat 15:05-ə təyin olunub.

AZAL Gürcüstanın paytaxtı və Batumi şəhələrinə uçuşları “E 190” tipli təyyarələrlə yerinə yetirəcək.

Qeyd edək ki, Bakıdan Batumiyə birbaşa aviauçuşları AZAL-ın nəzdindəki “Buta” aşağıbüdcəli aviaşirkəti bu ilin iyunun 14-dən etibarən həyata keçirir.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et