Müəllif - Aida İsaq, Banco.az
Avrasiya İqtisadi İttifaqı və Birləşmiş Ərəb Əmirlikləri azad ticarət zonası sazişi üzrə danışıqların birinci mərhələsinə start verib.
Banco.az xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının ticarət naziri Andrey Slepnev bildirib. O, hazırda bu istiqamətdə proseslərin əvvəlki dövrlərdən fərqli olaraq daha sürətli davam edəcəyini qeyd edib. AİK təmsilçisinin sözlərinə görə, martın sonunda İndoneziya ilə azad ticarət məsələsi üzrə danışıqların birinci mərhələsi keçiriləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!