Azad Cavadov: "Kompensasiya ödənişini kreditorlar gecikdirir" | Banco.az

Azad Cavadov: "Kompensasiya ödənişini kreditorlar gecikdirir"

 Azərbaycanda ləğvetmə prosesində olan bəzi kommersiya banklarının qorunmayan əmanətçilərinə kompensasiya ödənişi kreditorların ucbatından gecikir.

Bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, kreditorlar bəzən onlara ödənilməli olan məbləğlə razılaşmırlar: “Son nəticədə bu iş məhkəməyə qalır. Məhkəmə kreditorların reyestrini və ləğvetmə planını təsdiq etdikdən sonra kompensasiya ödənişi həyata keçirilir”. 

Mənbə: Report.az