AYİB Türkiyənin iqtisadi artım proqnozunu aşağı salıb | Banco.az

AYİB Türkiyənin iqtisadi artım proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyənin iqtisadi artım proqnozuna yenidən baxıb.

Banco.az xəbər verir ki, inkişaf etməkdə olan Avropa, Mərkəzi Asiya və Şimali Afrika ölkələrini əhatə edən geniş coğrafiyada fəaliyyət göstərən AYİB region ölkələri üçün fevral ayında qeyd etdiyi makroiqtisadi proqnozlarını yeniləyib.

Bu baxımdan, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) fevral ayında baş verən zəlzələnin iqtisadiyyata mənfi təsiri və kredit şərtlərindəki daralma səbəbindən Türkiyənin artım proqnozunu 3 faizdən 2,5 faizə endirib.

AYİB Türkiyənin 2024-cü il üzrə artım proqnozunu isə 3 faiz səviyyəsində saxlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram