AYİB Azərbaycanda manatla qiymətli kağızlar buraxmaq niyyətindədir | Banco.az

AYİB Azərbaycanda manatla qiymətli kağızlar buraxmaq niyyətindədir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda yerli valyutada (manatla) qiymətli kağızlar buraxmaq niyyətindədir.

Bunu AYİB prezidenti Suma Çakrabarti Bakıda təşkil etdiyi mətbuat konfransında deyib.

“Mən öz komandamı Mərkəzi Bankla əməkdaşlıq çərçivəsində yerli valyutada qiymətli kağızların buraxılmasını müzakirə etməyə çağırıram. Əgər bu baş verərsə, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan bazarında yerli valyutada qiymətli kağızlar buraxan ilk beynəlxalq maliyyə təşkilatı olacaq”, - deyə S. Çakrabarti deyib.

Ən sərfəli kredit üçün müraciət et

O, bildirib ki, bank cari ilin sonuna qədər buna nail olmaq üçün “əlindən gələni edəcək”.

apa.az