Bu ilin yanvar-aprel aylarında Azərbaycanda gömrük yığımlarının həcmi 750 mln. manatdan çox olub.
Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
Onun sözlərinə görə, bu proqnoz tapşırığına tam əməl olunması deməkdir: "Baxmayaraq ki, idxal əməliyyatları ötən ilin ilk 4 ayı ilə müqayisədə 430 mln. dollar azalıb, proqnoz tapşırığı tam yerinə yetirmişik".
Mənbə: Report.az