Avtonəqliyyat üzrə icbari sığorta müqavilərinin sayı açıqlandı | Banco.az

Avtonəqliyyat üzrə icbari sığorta müqavilərinin sayı açıqlandı

Cari ilin iyun ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 133 148 elektron sığorta müqaviləsi qeydiyyata alınmışdır.

Banco.az məlumat verir ki, bunlardan 14797-i xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olmuşdur. Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 10 922 647 manat təşkil etmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında və sığorta haqlarının məbləğində müvafiq olaraq 58% və 63% artım müşahidə edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

1 noyabr 2016-cı il tarixindən etibarən  avtomobillər üçün  icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılmışdır. 1 noyabr tarixinədək kağız daşıyıcıda bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək qüvvədədir.