Avtomobillərin sayı bir ildə 40%-ə yaxın azalıb | Banco.az

Avtomobillərin sayı bir ildə 40%-ə yaxın azalıb

Azərbaycana gətirilən avtomobillərin sayı bir ildə 40%-ə yaxın azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 52 086 ədəd avtomobil idxal olunub.

Banco.az-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32 705 avtomobil və ya 38,5% azdır.

Ən sərfəli kredit üçün müraciət et

 

Belə ki, ölkəyə gətirilən avtomobillərin 270 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 47 379 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 4 125 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 312 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Ən sərfəli krediti almaq üçün müraciət et