Avtomobillərin qiymətində 7 faizə yaxın azalma qeydə alınıb | Banco.az

Avtomobillərin qiymətində 7 faizə yaxın azalma qeydə alınıb

"Rusiyada müşahidə edilən iqtisadi durğunluq və eləcə də milli valyutanın dəyər itirməsi avtomobil idxalı ilə məşğul olan Azərbaycan iş adamlarının fəaliyyətinə müsbət təsir göstərməkdədir"

Bu barədə iqtisadçı-alim Vüqar Bayramov bildirib. O qeyd edib ki, Rusiyada rublun məzənnəsinin dönərli valyutalara, o cümlədən manata nisbətən aşağı düşməsi qonşu ölkədə istehsal edilən malların qiymətində ucuzlaşma müşahidə edilib:

"Rusiyada bir müddət öncə idxal edilən və satışa çıxarılan malların qiymətinin dollar ifadəsində azalması müşahidə olunur. Rusiyada yerli və işlənmiş xarici avtomobillərin də qiymətlərində azalmalar qeydə alınır. Bu fürsətdən isə nəinki yerli iş adamları eləcə də avtomobilə tələbatı olan vətəndaşlarımız da faydalanmaqdadırlar. Rusiyada istehsal edilən avtomobillər rublla satıldıq üçün, dollar və manata nisbətən hesabladıqda bu avtomibllərin dəyərinin aşağı düşməsi müşahidə edilməkdədir. Artıq Rusiyadan gətirilən və Avro-4 standardlarına cavab verən avtomobillərin Azərbaycan bazarında qiymətlərinin aşağı düşməsi müşahidə edilir"

İqtisadçı son bir ayda aparılan monitorinqlərin göstəricilərin açıqlayıb. O bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi avtomobillərinin qiymətində 7 faizə yaxın azalma qeydə alıb: 

"Son dövrlər rublun məzənnəsinin aşağı düşməsi, Rusiyadan avtomobil gətirənlərin sayını da artırdığı üçün avtomobillərin qiymətlərinin daha da ucuzlaşmasını gözləmək olar", - deyə iqtisadçı alim vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et