Avtomobillərin qeydiyyatı elektron qaydada həyata keçiriləcək | Banco.az

Avtomobillərin qeydiyyatı elektron qaydada həyata keçiriləcək

Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının, təkrar dövlət qeydiyyatının aparılması, qeydiyyat şəhadətnamələrinin doldurulması və verilməsi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsi ilə həyata keçiriləcək.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamədə əksini tapıb.

Sistem vasitəsilə nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanların təşkili, sürücülük vəsiqələrinin doldurulması və verilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və Azərbaycan Respublikasında istifadə edilən sürücülük vəsiqələri barədə məlumatların Sistemə daxil edilməsi, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və girov qoyulması barədə məlumatların Sistemə daxil edilməsi həyata keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et