İyul ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 2,2 milyon manatdan çox məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.
2014-cü ilin iyul ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,497 sığorta tələbi üzrə 2,282,605 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:
Nəqliyyat vasitəsinə dəyən zərər üzrə |
Əmlaka dəyən zərər üzrə |
Sağlamlığa dəyən zərər üzrə |
Şəxsin ölümü üzrə |
Cəmi |
|||||
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
1,409 |
2,113,600 |
31 |
42,505 |
41 |
46,500 |
16 |
80,000 |
1,497 |
2,282,605 |
Cari ilin iyul ayında İcbari Sığorta Bürosu tərəfindən 12 kompensasiya tələbi üzrə 50,366 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir.