Avtomobillərin icbari sığortası bazarı 54% artıb | Banco.az

Avtomobillərin icbari sığortası bazarı 54% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-avqust aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 107 mln. 622 min manat olub.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 53,9% və ya 37 mln. 702 min manat çoxdur.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə ötən ilin eyni dövrünə nisbətən 8,8% və ya 5 mln. 265 min manat artaraq 64 mln. 770 min manata çatıb. 

Qeyd edək ki, 2022-ci ilin ilk 8 ayında bu növ sığorta üzrə yığımların məbləği 69 mln. 920 min manat, ödənişlərin məbləği isə 59 milyon 505 min manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et