Yeni sistemin işləmə texnologiyası eksklüziv olaraq ANS TV-yə açıqlanıb.
Bu gündən avtomobillərə dəyən zərərin avtomotik hesalanmasına təminat verən proqram işə düşəcək.
ANS TV-nin məlumatına görə yeni sistemin tətbiqi avtomobil sahibi və sığortaçı arasındakı anlaşılmazlıqlara son qoyacaq.
Tərtibatçı şirkətin rəhbəri Zakir Kərimzadə “Hesab vaxtı”na eksklüziv müsahibəsində yeni sistemin işləmə texnologiyasını açıqlayıb.
O bildirib ki, ilk öncə avtomobilin nömrəsini sistemə daxil etmək lazımdır. Sistem isə daxil olan nömrə əsasında avtomobili tanıyır.