Müəllif: Gülnar Əhmədli, Banco.az
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 3 oktyabr tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, həmin tarixdə 11 nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin start qiyməti 2 000 manatdan 10 000 manata qədərdir. Nəqliyyat vasitələrinin siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz.
Qeyd edək ki, məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.
Bizi sosial şəbəkələrdən izləyin!!