Avtomobil nəhəngi 870 milyon avro cərimələndi | Banco.az

Avtomobil nəhəngi 870 milyon avro cərimələndi

Almaniyada Ştuttqart Prokurorluğu, avtomobil nəhəngi Daimler şirkətini "dizel avadanlıqlardakı nasazlıqlar" səbəbi ilə 870 milyon avro cərimələyib. 

Ştuttqart Prokurorluğundan verilən yazılı açıqlamada, 2008-ci ildən sonrakı dövrdə şirkətin bir departamentinin "nəzarətdə diqqətsizlik etdiyi" qeyd olunub. Bunun da dizel avtomobilləri emissiya tələblərinə cavab verməyib. Bu səbəbdən şirkət 870 milyon avro cərimələnib. 

Açıqlamada, şirkətin cəriməyə etiraz etməyəcəyi və ödəmənin 6 həftə ərzində Baden-Vürtemberq əyalətinə keçiriləcəyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Daha əvvəl Almaniyada Volkswagen, Audi və Porsche, dizel avtomobillərdə çatışmazlıqlara görə 2 milyard avrodan çox cərimələnmişdilər. 

Daimler şikəti Mercedes - Benz avtomobilıərinin istehsalçısıdır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et