Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin yanvar-fevral aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 294 301,3 min sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,3% artım qeydə alınıb.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə avtobusdan istifadə edən sərnişinlərin sayı 281 milyon 858,3 min nəfərə (illik müqayisədə 8,4% çox) bərabər olub.
Qeyd edilib ki, sərnişinlərin 95,8%-i avtobus, 4,2%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
