Avstraliyada tənəzzül ehtimalı 35%-ə qədər azalıb | Banco.az

Avstraliyada tənəzzül ehtimalı 35%-ə qədər azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Faiz artımlarına fasilə verilməsi halında Avstraliyanın tənəzzül ehtimalı 35%-ə qədər azalır.

Banco.az xəbər verir ki, Avstraliya Ehtiyat Bankının (RBA) (mərkəzi bank) 11 aylıq sərtləşdirmə dövrünü dayandırmaq qərarı iqtisadi perspektivi yaxşılaşdırmağa kömək etdiyi üçün ölkənin tənəzzülə uğramaq riski də azalıb.

Bu, Bloomberg nəşrinin keçirdiyi sorğunun nəticələrində əksini tapıb.

17 iqtisadçının iştirakı ilə keçirilən sorğunun nəticələrinə görə, tənəzzül riskinin azalması üzrə orta proqnoz 35 faizi göstərir ki, ötən ay bu ehtimal 40 faiz təşkil edirdi.

Xatırladaq ki, RBA ötən ilin may ayında 0,1% olan uçot dərəcəsinin 3,6%-ə çatdırılması ilə nəticələnən ardıcıl 10-uncu faiz artımından sonra bu ay dərəcələri sabit saxlamağa qərar verib. Görünür ki, RBA digər bəzi mərkəzi banklardan fərqli olaraq, inflyasiya ilə mübarizədə daha ehtiyatlı davranaraq 2,2 trilyon Avstraliya dolları (1,5 trilyon dollar) dəyərindəki iqtisadiyyatında yumşaq eniş yaratmağa çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et