Avstraliya Mərkəzi Bankı faiz dərəcələrini elan edib | Banco.az

Avstraliya Mərkəzi Bankı faiz dərəcələrini elan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliya Ehtiyat Bankı (mərkəzi bank) uçot dərəcəsini dəyişməz saxlayıb.

Banco.az xəbər verir ki, Avstraliya Ehtiyat Bankı (RBA) ötən ilin may ayında faiz dərəcələrini artırmağa başladıqdan sonra ilk dəfədir ki, ardıcıl iki ay ərzində faiz dərəcələrini sabit saxlayıb.

Bankın bəyanatına görə, uçot dərəcəsi dəyişməyərək 4,10 faiz səviyyəsində saxlanılıb. İqtisadçıların proqnozu mərkəzi bankın faiz dərəcələrini 25 baza bəndi artıracağı və daha sonra artım prosesini dayandıracağı istiqamətində idi.

Qeyd edək ki, Avstraliyada inflyasiya ikinci rübdə gözləniləndən daha çox yavaşlasa da, bu dövrdə istehlak qiymətləri indeksi bir il əvvəllə müqayisədə 6 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram