Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini azaldıb | Banco.az

Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini azaldıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliya Mərkəzi Bankı (RBA) bazar proqnozlarına uyğun olaraq siyasət faizini 25 baza bənd azaldaraq 3,85 faizdən 3,60 faizə endirib.

Banco.az xəbər verir ki, bu qərarla birlikdə, RBA-nın ilin əvvəlindən bəri həyata keçirdiyi ümumi faiz endirimi 75 baza bəndə çatıb.

Bankın açıqlamasında bildirilib ki, 2022-ci ildəki zirvəsindən bəri inflyasiya əhəmiyyətli dərəcədə azalıb və yüksək faiz dərəcələri ümumi tələbi balanslaşdırmağa kömək edib. İyun rübündə illik əsasda baza  inflyasiya 2,7 faizə enib, başlıq inflyasiya isə 2,1 faiz olaraq qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram