Avrozonanın tikinti materialları istehsalı azalıb | Banco.az

Avrozonanın tikinti materialları istehsalı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Mart ayında Avrozonada tikinti istehsalı azalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika Komitəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın mart ayı üzrə mövsümi düzəliş edilmiş tikinti istehsalı məlumatlarını açıqlayıb.

Bu məlumatlar göstərir ki, Avrozonda mart ayı ərzində tikinti istehsalı fevral ayı ilə müqayisədə 2,4 faiz azalıb. 2022-ci ilin eyni ayına görə isə tikinti istehsalında 1,5 faiz azalma qeydə alınıb.

Aİ-də tikinti istehsalı da mart ayında əvvəlki aya nəzərən 1,9 faiz, 2022-ci ilin eyni dövrünə nəzərən isə 1,2 faiz azalıb.

Ölkələr üzrə nəzər saldıqda isə görürük ki, tikinti istehsalında ən yüksək aylıq artım 4,1 faizlə Rumıniyada, 3,2 faizlə Sloveniyada və 1,6 faizlə Portuqaliyada qeydə alınıb. Ən çox azalma 10,9 faizlə Avstriyada, 10,3 faizlə Slovakiyada və 4,6 faizlə Almaniyada müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et