Avrozonanın sənaye istehsalı kəskin şəkildə azalıb | Banco.az

Avrozonanın sənaye istehsalı kəskin şəkildə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonanın sənaye istehsalı mart ayı ərzində kəskin azalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika Komitəsi (Avrostat) Avrozonanın mart ayı üzrə mövsümi düzəlişlər edilmiş sənaye istehsalı məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, sözügedən dövrdə Avrozona ölkələrinin sənaye istehsalı fevral ayına nəzərən 4,1 faiz, 2022-ci ilin mart ayına nəzərən isə 1,4 faiz azalıb.

Qeyd edək ki, bazarın proqnozuna görə, mart ayı ərzində regionun sənaye istehsalı 2,8 faiz azalmalı idi. Bu o deməkdir ki, sənaye istehsalında azalma gözləntilərdən xeyli yüksək olub.

Ölkələr üzrə nəzər saldıqda isə görürük ki, mart ayında Mart sənaye istehsalında ən yüksək aylıq azalma 26,3 faizlə İrlandiyada, 3,9 faizlə İsveçdə və 3,1 faizlə Almaniyada müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et