Avrozonanın istehsal sektorunda daralma davam edib | Banco.az

Avrozonanın istehsal sektorunda daralma davam edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada istehsal sektorunun fəaliyyəti aprel ayında da azalmağa davam edib.

Banco.az xəbər verir ki, Avrozonada S&P Global istehsal PMI martdakı 47,3 punktdan apreldə 45,8-ə düşüb. 

Xatırladaq ki, indeksin 50 punktdan aşağı göstəriciyə malik olması sektorda daralmanı əks etdirir. Bu da o deməkdir ki, regionun istehsal sektorundakı daralma artıq 10-cu aydır ki, davam edir.

Ölkələr üzrə nəzər saldıqda görürük ki, Almaniyada istehsal PMI indeksi yekun olaraq 44-dən 44.5-ə doğru dəyişib. Zəif tələb perspektivi fonunda indeks 2020-ci ilin may ayından bəri ən aşağı səviyyədədir.

Ən sərfəli kredit üçün müraciət et

Fransada bu indeks 45,5-dən 45,6-ya, İtaliyada 51,1-dən 46,8-ə, İspaniyada isə 51,3-dən 49-a doğru nəzərdən keçirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et