Avrozonanın dövlət borcunda orta dərəcədə azalma qeydə alınıb | Banco.az

Avrozonanın dövlət borcunda orta dərəcədə azalma qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonanın dövlət borcunda orta dərəcədə azalma qeydə alınıb.

Banco.az xəbər verir ki, Avropa Statistika Ofisi “Eurostat” Avropa İttifaqı (Aİ) və Avrozonanın 2025-ci ilin dördüncü rübü üzrə dövlət borcu və büdcə kəsiri göstəricilərini açıqlayıb.

Məlumatlara əsasən, Avrozonada üçüncü rübdə 88,4 faiz olan dövlət borcunun ümumi daxili məhsula nisbəti son rübdə 87,8 faizə enib.

Avropa İttifaqında da üçüncü rübdə 82 faiz təşkil edən dövlət borcunun ÜDM-ə nisbəti dördüncü rübdə 81,7 faizə düşüb.

Beləliklə, qeyd olunan dövrdə ümumi dövlət borcu Avrozonada 13 trilyon 911 milyard avro, Aİ-də isə 15 trilyon 374 milyard avro səviyyəsində qeydə alınıb.

Aİ-yə üzv ölkələr arasında ötən ilin son rübündə dövlət borcunun ÜDM-ə nisbətinin ən yüksək olduğu ölkə 146,1 faizlə Yunanıstan olub. Yunanıstandan sonra 137,1 faizlə İtaliya, 115,6 faizlə Fransa, 107,9 faizlə Belçika və 100,7 faizlə İspaniya qərarlaşıb.

Həmin dövrdə dövlət borcunun ÜDM-ə nisbətinin ən aşağı olduğu ölkələr isə 24,1 faizlə Estoniya, 26,5 faizlə Lüksemburq və 29,9 faizlə Bolqarıstan kimi müəyyən edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram