Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada İstehlak Qiymətləri İndeksi (CPI) mart ayında aylıq 0,9 faiz, illik 6,9 faiz artıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozonanın mart ayı üzrə aparıcı inflyasiya məlumatlarını açıqlayıb.
Buna görə, Avrozonada fevral ayında 8,5 faiz olan illik inflyasiya mart ayında 6,9 faiz olub. Bazar gözləntiləri mart ayında avro zonasında illik inflyasiyanın 7,1 faiz olacağı istiqamətində idi.
Regionda CPI mart ayında əvvəlki ayla müqayisədə isə 0,9 faiz artıb.
İnflyasiyanın əsas komponentlərinə nəzər saldıqda, ən yüksək illik inflyasiya 15,4 faizlə qida, spirt və tütün məmulatlarında olub. Ərzaqdan sonra 6,6 faizlə qeyri-enerji sənaye məhsulları, 5 faizlə xidmətlər gəldiyi halda, enerji məhsullarının qiyməti də 0,9 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!