Avrozonada sənaye istehsalı proqnozları üstələyib | Banco.az

Avrozonada sənaye istehsalı proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada sənaye istehsalı yanvar ayında əvvəlki aya görə 0,7 faiz artıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) yanvar ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozona üçün mövsümi düzəliş edilmiş sənaye istehsalı məlumatlarını açıqlayıb.

Buna müvafiq olaraq, 19 üzvlü Avrozonada sənaye istehsalı yanvarda dekabr ayı ilə müqayisədə 0,7 faiz, 2022-ci ilin yanvar ayına görə isə 0,9 faiz artıb.

Regionda yanvar ayında aylıq 0,3 faiz artım gözlənilirdi.

Qeyd edək ki, sözügedən dövrdə Aİ ölkələri arasında sənaye istehsalında ən yüksək aylıq artım 9,3 faizlə İrlandiyada, 5 faizlə İsveçdə və 2 faizlə Rumıniyada müəyyən edilib. Ən çox azalma isə 7,1 faizlə Danimarkada, 5 faizlə Macarıstanda və 4,3 faizlə Hollandiyada müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et