Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada sənaye istehsalı yanvar ayında əvvəlki ayla müqayisədə 3,2 faiz azalıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) yanvar ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın mövsümi düzəliş edilmiş sənaye istehsalı məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, Avrozonada sənaye istehsalı yanvar ayında dekabr ayına görə 3,2 faiz, ötən ilin eyni dövrünə görə isə 6,7 faiz azalıb.
Bazar proqnozları Avrozonada sənaye istehsalının aylıq 1,8 faiz, illik isə 2,9 faiz azalacağı istiqamətində idi.
Aİ-də də sənaye istehsalı yanvarda aylıq 2,1 faiz, illik 5,7 faiz azalıb.
Sözügedən dövrdə Aİ ölkələri arasında sənaye istehsalında ən böyük aylıq azalma 29 faiz ilə İrlandiyada, 9,4 faiz ilə Maltada və 6,6 faiz ilə Estoniyada reallaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!