Avrozonada kredit artımı sürətini itirməkdədir | Banco.az

Avrozonada kredit artımı sürətini itirməkdədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada kredit artımı sürətini itirməkdə davam edir.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) fevral ayı üzrə korporativ və istehlak kreditlərindəki aylıq dəyişiklikləri dərc edib.

Buna görə, yanvar ayında illik 6,1 faiz artan təşkilat kreditləri keçən ay 5,7 faiz artım göstərib. Yanvarda 3,6 faiz artan istehlak kreditləri isə ötən ay 3,2 faiz artıb.

Bir neçə ay ərzində əsas faiz dərəcələrini 6 dəfə artıran ECB-nin  maliyyə bazarlarında müəyyənedici amil hesab edilən depozit faiz dərəcəsi hazırda 3,5 faiz səviyyəsindədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et