Avrozonada istehsalçı qiymətləri aşağı düşüb | Banco.az

Avrozonada istehsalçı qiymətləri aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada istehsalçı qiymətləri mart ayında azalma göstərib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın mart ayı üzrə PPI məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, Aİ-də PPI mart ayında əvvəlki ayla müqayisədə 0,5 faiz, 2023-cü ilin eyni ayı ilə müqayisədə isə 7,6 faiz azalıb.

Avrozonada isə PPI mart ayında aylıq 0,4 faiz, illik 7,8 faiz azalıb.

Ölkələr üzrə nəzər saldıqda görürük ki, PPI üzrə mart ayında aylıq ən çox azalma 3,4 faizlə Bolqarıstanda, 2,3 faizlə Yunanıstan və Danimarkada, 2,2 faizlə İspaniyada qeydə alınıb. Mart ayında İrlandiya və İsveçdə aylıq PPI 0,9 faiz, Almaniya və Xorvatiyada isə 0,2 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et