Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada istehsalçı qiymətləri oktyabrda aylıq 0,4 faiz artıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın oktyabr ayı İstehsalçı Qiymətləri İndeksi (PPI) məlumatlarını açıqlayıb.
Məlumata görə, Aİ-də PPI oktyabr ayında əvvəlki aya nəzərən 0,4 faiz artıb, 2023-cü ilin eyni ayına nəzərən isə 3 faiz azalıb.
Avrozonada PPI oktyabr ayında aylıq müqayisədə 0,4 faiz artarkən, illik müqayisədə 3,2 faiz azalıb.
Aİ ölkələri arasında PPI oktyabrda aylıq ən çox Estoniya və İtaliyada (1 faiz) artıb, onları Fransada 0,9 faiz, İsveçdə 0,8 faizlik göstəricilər izləyib.
Oktyabr ayında Bolqarıstanda aylıq PPI 2,9 faiz, Slovakiyada 2 faiz və Rumıniyada 1,5 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!