Avrozonada istehsalçı inflyasiyası 3,5 ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Avrozonada istehsalçı inflyasiyası 3,5 ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada istehsalçı inflyasiyası 3,5 ilin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, Avropa Statistika Ofisi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın mart ayı üzrə istehsalçı qiymətləri indeksini (İQİ) açıqlayıb.

Məlumatlara əsasən, Aİ-də İQİ mart ayında əvvəlki ayla müqayisədə 3,2 faiz, ötən ilin mart ayı ilə müqayisədə isə 2 faiz artıb.

Avrozonada isə İQİ mart ayında aylıq əsasda 3,4 faiz, illik əsasda isə 2,1 faiz yüksəlib.

Bazar gözləntiləri Avrozonada İQİ-nin aylıq 3,3 faiz, illik isə 1,8 faiz artacağı istiqamətində idi.

Aİ üzv ölkələri arasında İQİ mart ayında aylıq əsasda ən çox Litvada 6,9 faiz, İspaniyada 6,5 faiz və İtaliyada 5,9 faiz artıb. Eyni dövrdə İQİ Estoniyada 12,3 faiz, Finlandiyada 5,3 faiz və Bolqarıstanda 2,5 faiz azalıb.

İQİ mart ayında illik əsasda Rumıniyada 7,8 faiz, Bolqarıstanda 7,5 faiz və Litvada 7,2 faiz artdığı halda, Lüksemburqda 4,9 faiz, Estoniyada 2,4 faiz və Slovakiyada 1,3 faiz azalma qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram