Avrozonada istehlakçı inamı bu ay da gerilədi | Banco.az

Avrozonada istehlakçı inamı bu ay da gerilədi

Tamara Mustafayeva, Banco.az

Avrozonada istehlakçı inamı aprel ayından bəri müşahidə edilən ən aşağı səviyyəyə çatıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Avzonanın istehlakçı inamı üzrə "Sentix" indeksi pandemiya səbəbindən tətbiq edilən məhdudiyyətlərin iş aktivliyini yavaşladacağına dair narahatlıqlar fonunda geriləyib. Belə ki, indeks sentyabrda 19,6 punkta düşüb.

Bu, ilin aprel ayından bəri qeydə alınan ən aşağı göstəricidir ki, ötən ay indeks 22,2 punkt idi.

Qeyd edək ki, avqust ayında 14 punkt olan proqnozlar indeksi bu ay 9-a geriləyərkən, cari vəziyyət indeksi isə dəyişməyərək 30.8 müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et