Avrozonada işsizlik səviyyəsi dəyişməyib | Banco.az

Avrozonada işsizlik səviyyəsi dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada işsizlik nisbəti iyun ayında dəyişməyib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) iyun ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın işsizlik göstəricilərini açıqlayıb.

Məlumatlar göstərir ki, Aİ-də may ayında 5,9 faiz olan mövsümi düzəliş edilmiş işsizlik nisbəti iyun ayında sabit qalıb. Avrozonada isə may ayında 6,4 faiz olan işsizlik nisbəti iyun ayında dəyişməz qalıb.

Qeyd edək ki, ötən ilin iyununda işsizlik səviyyəsi Avrozonada 6,7 faiz, Aİ-də isə 6,1 faiz təşkil edirdi.

Ölkələr üzrə nəzər saldıqda görürük ki, işsizlik nisbəti İspaniyada 11,7 faiz, Yunanıstanda 11,1 faiz, İsveçdə 7,5 faiz, İtaliyada 7,4 faiz, Fransada 7,1 faiz, Almaniyada isə 3 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram