Avrozonada işsizlik nisbəti geriləyib | Banco.az

Avrozonada işsizlik nisbəti geriləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Mart ayında Avrozonada işsizlik nisbəti azalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) mart ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın işsizlik göstəricilərini dərc edib.

Bu göstəricilərə görə, Aİ-də fevral ayında 6 faiz səviyyəsində olan mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlik nisbəti mart ayında dəyişməz qalıb.

Avrozonada isə fevralda 6,6 faiz qeydə alınan işsizlik nisbəti mart ayında 6,5 faizə düşüb.

Xatırladaq ki, ötən ilin martında işsizlik səviyyəsi Avrozonada 6,8 faiz, Aİ-də isə 6,2 faiz nisbətində idi.

Ən sərfəli kredit üçün müraciət et

Ölkələr üzrə nəzər saldıqda isə görürük ki, mart ayında işsizlik nisbəti İspaniyada 12,8 faiz, Yunanıstanda 10,9 faiz, İtaliyada isə 7,8 faiz olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et