Avrozonada investor inamı zəifləyib | Banco.az

Avrozonada investor inamı zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada investor inamı bu ay aşağı düşüb.

Banco.az xəbər verir ki, Avrozona investorlarının inamı iyul ayında gözləniləndən çox azalaraq 2022-ci ilin noyabrındakı enerji böhranından bəri ən aşağı səviyyəyə düşüb.

Bazar araşdırması aparan və baş ofisi Frankfurtda yerləşən “Sentix”in verdiyi açıqlamaya görə, iyul ayında mənfi 17 punkt olan Avrozona Ümumi İnvestor İnam İndeksi bu ay 5,5 bənd azalaraq mənfi 22,5 punkt olub.

2022-ci ilin noyabrında yaşanan enerji böhranından bəri ən aşağı səviyyəyə enən indeksin 18 punkta enəcəyi gözlənilirdi.

İnvestorların növbəti 6 ay üçün gözləntilərini ölçən Proqnozlar İndeksi də mənfi 18,3 punktdan mənfi 24,5 punkta enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et