Avrozonada investor inamı kəskin artıb | Banco.az

Avrozonada investor inamı kəskin artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada investor inamı 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Banco.az xəbər verir ki, bazar araşdırması aparan və baş ofisi Frankfurtda olan “Sentix” şirkəti 1174 investorun iştirakı ilə həyata keçirilən Avrozonanın iyun ayı üzrə Ümumi İnvestor İnam İndeksi məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, may ayında mənfi 3,6 punkt olan indeks bu ay 3,9 bənd artaraq 0,3 punkta yüksəlib. Bununla da indeks artım tendensiyasını ardıcıl səkkizinci ayda da davam etdirib.

Qeyd edək ki, 2022-ci ilin fevral ayından bəri ən yüksək səviyyəyə çatan indeksin mənfi 1,8 səviyyəsinə yüksələcəyi gözlənilirdi.

İnvestorların gələcək 6 aya dair proqnozlarını ölçən Proqnozlar İndeksi də 7,8 punktdan 10 punkta yüksələrək 2022-ci ilin fevral ayından bu yana ən yüksək səviyyəyə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Cari Vəziyyət İndeksi də səkkizinci ayda da artaraq mənfi 14,3 punktdan mənfi 9 punkta yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram