Avrozonada investor inamı indeksi 3 ayın minimumuna gerilədi | Banco.az

Avrozonada investor inamı indeksi 3 ayın minimumuna gerilədi

Tamara Mustafayeva, Banco.az

Avrozonada investor inamı indeksi yeni məhdudiyyətlərin tətbiq ediləcəyinə dair narahatlıqlar fonunda geriləyib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Avrozonada investor inamı üzrə "Sentix" indeksi bu ay 29.8 punktdan 22-ə düşüb. Bu göstərici proqnozlardan olduqca aşağıdır.

Proqnozlar indeksi ardıcıl üçüncü aydır ki, geriləmə tendensiyasını davam etdirərək 2020-ci ilin may ayından bəri müşahidə olunan ən aşağı səviyyəyə çatıb. Cari iqtisadi vəziyyət indeksi isə 6-cı ayda da yüksələrək 2018-ci ilin oktyabr ayından müşahidə olunan maksimum göstərici əldə edilib.

"Sentix" sədri Patrick Hussy Avrozona iqtisadiyyatının yaxşılaşdığını, ancaq yaxşılaşmanın sürətində ləngimə olduğunu vurğulayaraq, "Bölgə iqtisadiyyatının cari vəziyyəti Almaniya üçün də şamil edilir. Yoluxma sayının artması səbəbindən payız aylarında yeni məhdudiyyətlərin tətbiq ediləcəyi və iqtisadiyyatın zərər görəcəyinə dair bəzi narahatlıqlar mövcuddur", deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et