Müəllif - Aida İsaq, Banco.az
Dekabr ayı üzrə Avrozonada inflyasiya səviyyəsi gözləntilərdən aşağı düşüb. Bununla yanaşı baza inflyasiyasında artım qeydə alınıb.
Banco.az xəbər verir ki, Avrozonada noyabr ayı üzrə 10,1 faiz təşkil edən illik əsas inflyasiya dekabrda 9,2 faizə enib. Hansı ki, iqtisadçılar bu nisbətin 9,7 faiz olacağını proqnozlaşdırmışdı.
Ərzaq və enerji qiymətləri nəzərə alınmadan istehlak qiymətlərinin illik artım tempi dekabrda 6,9 faizə yüksəlib. Noyabr ayı üzrə müvafiq göstərici 6,6 faiz təşkil etmişdi. Alkoqol və tütün məmulatları istisna olmaqla, dekabrda illik qiymət artımı 5,2 faiz təşkil edib. Noyabrda isə illik artım 5 faiz səviyyəsində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!