Avrozonada inflyasiya rekord vurub | Banco.az

Avrozonada inflyasiya rekord vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada yanvar ayı üzrə baza inflyasiyası 5,2 faizdən 5,3 faizə çatdırılmaqla rekord vurub.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) yanvar dövrü üzrə Avrozonanın son inflyasiya məlumatlarını dərc edib.

Bu məlumatlara görə, baza inflyasiyası 5,2 faizlik ilk təxminləri geridə qoyaraq 5,3 faizə çatıb. 

Almaniyadan gələn son məlumatların ilkin qiymətləndirmədən daha yüksək olmasından sonra ərzaq və enerji qiymətlərinin daxil edildiyi başlıq inflyasiyası isə  0,1 punkt artımla 8,6 faizə yüksəlib.

Avrostat tərəfindən yayımlanan məlumatlar göstərir ki, Ukraynadakı müharibənin enerji qiymətlərini bahalaşdırması ilə Avropada yaranan qiymət şoku hazırda daimi xarakter alıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et