Avrozonada inflyasiya rekord həddə sürətlənib | Banco.az

Avrozonada inflyasiya rekord həddə sürətlənib

Yanvarda Avrozonanın 19 ölkəsində illik inflyasiya bir ay əvvəlki 5%-dən 5,1%-dək sürətlənib.

Bu barədə Avropa Statistika Agentliyinin ("Eurostat") məlumatına deyilir.

Qeyd olunur ki, bu, "Eurostat"ın apardığı müşahidələr dövrünün ən yüksək göstəricisidir.

Bir il əvvəl Avrozonada inflyasiya cəmi 0,9%-ə bərabər olub.

Təkcə bu ilin yanvarında Avrozonada istehlak qiymətləri yekun hesablamaya görə 0,3% artıb.

Bununla belə, illik baza inflyasiyası bir ay əvvəlki 2,6%-dən 2,3%-dək azalıb.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et