Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada inflyasiyanın artım tempi bu ay da davam edib.
Banco.az xəbər verir ki, Avropa Statistika Bürosunun (Avrostat) məlumatına görə, Avrozona inflyasiya oktyabr ayında illik 10,7 faiz artım göstərib. Bu, 1997-ci ildən bəri qeydə alınan ən yüksək səviyyədir.
İqtisadçıların median proqnozu isə 10,3 faiz təşkil edirdi.
İnflyasiyanın aylıq artımı isə 1,5 faiz hesablanıb ki, bu da 1,2 faizlik proqnozlardan çoxdur.
Ərzaq və enerji qiymətləri inflyasiyanın artmasındakı əsas səbəblər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!