Avrozonada inflyasiya kəskin şəkildə aşağı düşüb | Banco.az

Avrozonada inflyasiya kəskin şəkildə aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada inflyasiya avqustda kəskin azalaraq 2,2 faiz təşkil edib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) avqust ayı üzrə Avrozonanın aparıcı inflyasiya məlumatlarını açıqlayıb.

Məlumatlara görə, Avrozonada iyulda 2,6 faiz olan illik inflyasiya avqust ayında 2,2 faizə geriləyib. Avqust ayında istehlak qiymət indeksi aylıq müqayisədə 0,2 faiz artıb.

Ekspertlər avqust ayında Avrozonada illik inflyasiyanın 2,2 faiz olacağını gözləyirdilər. Odur ki, açıqlanan məlumatlar proqnozlara uyğun gəlib.

İnflyasiyanın əsas komponentlərinə nəzər saldıqda görürük ki, ən yüksək illik qiymət artımı 4,2 faiz ilə xidmətlər sektorunda olub. Xidmət sektorunu 2,4 faizlə qida, alkoqol və tütün məmulatları, 0,4 faizlə qeyri-enerji sənayesi məhsulları izləyib, enerji məhsulları isə 3 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Avrozonada baza inflyasiyası isə avqustda illik 2,8 faiz, aylıq 0,3 faiz səviyyəsində ölçülüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram