Avrozonada inflyasiya gözləniləndən çox aşağı düşüb | Banco.az

Avrozonada inflyasiya gözləniləndən çox aşağı düşüb

Müəllif - Aida İsaq, Banco.az

May ayında avrozonada inflyasiya səviyyəsi ərzaq qiymətlərindəki bahalaşmanın yavaşlaması və enerji qiymətlərinin aşağı düşməsi fonunda azalıb.

Banco.az xəbər verir ki, may ayında istehlak qiymətləri indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artıb. Apreldə isə illik inflyasiya 7,0 faiz təşkil edib.

Qeyd edək ki, may ayında inflyasiyanın 6,4 faiz olacağı gözlənilirdi.

Ümumi olaraq may ayında inflyasiya 2022-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb.

Mayda ərzaq, alkoqol və tütün məmulatlarının qiymətlərində inflyasiya apreldəki 13,5 faizdən 12,5 faizə enib. Enerji qiymətləri isə 1,7 faiz ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et