Müəllif - Aida İsaq, Banco.az
Avrozonada inflyasiyanın proqnozlaşdırılan səviyyədən aşağı düşəcəyi gözlənilir.
Banco.az xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankı (AMB) tərəfindən aparılan "Peşəkar proqnozçılar araşdırması"da bildirilir. Sorğunun nəticələrinə görə, 2023-cü ilin sonu üçün inflyasiya gözləntiləri 5,9 faizdən 5,6 faizə enib. 2024-cü il üçün inflyasiya proqnozu da 2,7 faizdən 2,6 faizə düşüb. Bununla belə, 2025-ci il üçün inflyasiya gözləntiləri 2,1 faizdən 2,2 faizə yüksəlib, uzunmüddətli gözlənti isə 2,1 faiz səviyyəsində saxlanılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!