Avrozonada illik inflyasiya proqnozlara uyğun gəlməyib | Banco.az

Avrozonada illik inflyasiya proqnozlara uyğun gəlməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada istehlak qiymətləri indeksi (CPI) sentyabr ayında illik müqayisədə 1,7 faiz artıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozona və Avropa İttifaqının (Aİ) sentyabr ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.

Buna görə, Avrozonada avqust ayında 2,2 faiz olan illik inflyasiya sentyabrda 1,7 faiz təşkil edib.

CPI sentyabr ayında aylıq müqayisədə isə 0,1 faiz azalıb.

Bazar proqnozları Avrozonada illik inflyasiyanın sentyabr ayında 1,8 faiz artacağı, aylıq inflyasiyanın isə 0,1 faiz azalacağı istiqamətində idi.

Ən sərfəli kredit üçün müraciət et

Avrozonada baza inflyasiyası isə proqnozra uyğun olaraq sentyabr ayında illik 2,7 faiz səviyyəsində hesablanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram