Avrozona şirkətlərinin kredit tələbinin azalacağı gözlənilir | Banco.az

Avrozona şirkətlərinin kredit tələbinin azalacağı gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada fəaliyyət göstərən şirkətlərin kredit tələbində ilin ilk rübündə də azalma gözlənilir.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) Avrozonada 151 bankın iştirakı ilə keçirilən Bank Kredit Sorğusunun nəticələri ilə bağlı hesabat dərc edib.

Hesabatda regionda fəaliyyət göstərən şirkətlərin kredit tələbinin ötən ilin son rübündə azaldığı və artan borclanma xərcləri səbəbindən cari ilin birinci rübündə daha da azalacağı bildirilib. Ən çox azalma isə Almaniya və Fransa üzrə proqnozlaşdırılır.

ECB sözügedən tələb azalmasına səbəb kimi “Avrozonasında faiz dərəcələrinin artması”nı göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, mərkəzi bankın sorğusunda iştirak edən bankların 26 faizi ötən ilin son rübündə şirkətlərə verilən kreditlərin şərtlərini daha da sərtləşdirdiklərini vurğulayıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et