Avrozona iqtisadiyyatı II rübdə 2% böyüdü | Banco.az

Avrozona iqtisadiyyatı II rübdə 2% böyüdü

Tamara Mustafayeva, Banco.az

Avrozona iqtisadiyyatı koronavirus qadağalarının yumşaldıldığı ilin II rübündə əvvəlki rübə nəzərən 2% artım göstərib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Avropa Statistika Komitəsi ("Eurostat") Avropa İttifaqı ("Aİ") və Avrozonanın 2021-ci ilin II rübü üzrə iqtisadi artım və məşğulluq göstəricilərini açıqlayıb.

Buna görə, 19 üzvdən ibarət Avrozonada ÜDM (mövsümi amillər nəzərə alınmaqla) bu ilin sözügedən dövründə əvvəlki rübə nəzərən 2% artıb.

Qeyd edək ki, ilin ikinci rübündə Avrozonada məşğulluq göstəricisi də ötən rüblə müqayisədə 0,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,8% yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et