Avropaya səyahət etmək istəyənlərin nəzərinə - YENİ VİZA QAYDALARI | Banco.az

Avropaya səyahət etmək istəyənlərin nəzərinə - YENİ VİZA QAYDALARI

2 fevral 2020-ci ildən etibarən qısa müddətlik səyahət vizası ilə bağlı Avropa İttifaqının (Aİ) yeni qaydaları qüvvəyə minib.

Yeni qaydalara əsasən qanuni yolla səyahət edənlər Avropaya gəlmək üçün daha asan və daha sürətli viza prosedurlarından yararlanaraq turizm, ticarət və biznesin inkişafına şərait yaradacaq, o cümlədən qeyri-müntəzəm miqrasiya riskləri və daxili təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün daha çox resurs təmin edəcəklər.

Bu dəyişikliklər Azərbaycan daxil olmaqla Aİ-yə səfər etmək üçün viza alması tələb olunan bütün ölkələrin vətəndaşlarına şamil olunur.
Hal-hazırda Aİ-yə üzv olmayan 105 ölkə və ya qurumdan olan vətəndaşların viza alması tələb olunur.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən qaydalar, Şengen zonasına daxil olan 22 Aİ ölkəsinə (Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Lyuksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Slovakia, Sloveniya, İspaniya və İsveç), eləcə də assosiasiya sazişi imzalayan dörd ölkəyə (İslandiya, Lixtenşteyn, Norvec və İsveçrə) giriş üçün qısamüddətli vizaların alınmasına tətbiq edilir.

Modern

Ən sərfəli krediti almaq üçün müraciət et