Avropanın hidrogen sektoruna daha çox dəstək lazımdır | Banco.az

Avropanın hidrogen sektoruna daha çox dəstək lazımdır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ-nin hidrogen sektoruna daha çox dəstək tələb olunur.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələrində hidrogen sektorunda fəaliyyət göstərən “AEG”, “Nel Hydrogen”, “Siemens”, “ThyssenKrupp”və “Schaeffle” kimi şirkətlərin də daxil olduğu 20 firma Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyenə məktub göndərərək Avropada elektroliz sənayesinin istehsalının təşviqinə çağırıb.

“Avropa təmiz texnologiya istehsalında liderlik uğrunda güclü qlobal rəqabətlə üzləşir”, sözlərinə yer verilən məktubda qeyd olunub ki, Avropa bu sahədə aparıcı rol oynamalıdır.

Məktubda bildirilib ki, Avropada yerli istehsalı dəstəkləmək üçün güclü siyasətə ehtiyac var.

Aİ qanunvericiliyinin müxtəlif sektorlarda 2030-cu il üçün bərpa olunan hidrogen istehlakına məcburi hədəflər təqdim etdiyi vurğulanan məktubda deyilir:

“Bu hədəflərə nail olmaq üçün 90-100 giqavat quraşdırılmış elektrolizator gücü tələb olunur. Bu isə mövcud Avropa elektrolizator istehsal gücünün 10 dəfə artması deməkdir.”

Ən sərfəli kredit üçün müraciət et

Məktubda Aİ-də hidrogen sahəsində keçiriləcək hərraclarda yerli şirkətlərə üstünlük verilməsi və istehsal prosesinin müəyyən hissələrinin Avropada baş tutması üçün müəyyən tədbirlərin həyata keçirilməsi istənilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et